COP29

“Zirə” bu gecə mərhələni adlayacaq! – NİKBİN PROQNOZ:

18 İyul 14:00 Zirə 1 737
“Zirə” bu gecə mərhələni adlayacaq! – NİKBİN PROQNOZ:

Tiraspoldan 1:0 hesablı qələbə ilə qayıdan “Zirə” bu gün cavab oyununa çıxacaq.

Rəqib azərbaycanlı futbolsevərlərin yaxşı tanıdığı Moldovanın ən ad-sanlı komandası “Şerif”dir.

Dünən hər iki komandanın baş məşqçisi – Rəşad Sadıqovla Yuri Quranın mətbuat konfranslarında iştirak etmək üçün yollandığımız “Dalğa Arena”dakı müşahidələrimiz sayəsində bugünkü oyunla bağlı müəyyən nəticəyə gəlmək mümkün oldu.

Rəqib çalışdırıcı Yuri Qura danışmaqda çətinlik çəkirdi. Sualları üfürə-üfürə cavablandıran ukraynalı çalışdırıcının klub rəhbərliyindən yüksək səsli siqnal eşitdiyi sirr deyil.

Mümkün uğursuzluq Quranın “Şerif” karyerasının sonu olacaq. Elə buna görə də olduqca narahat və gərgin görünürdü.

Sanki kameralar qarşısından ayrılmaq üçün fürsət gözləyirdi. Bədbin ruhlu olan baş məşqçinin yetirmələrinə pozitiv enerjini necə və hansı yolla ötürəcəyi böyük sualdır.

Eyni sözləri “Şerif”in futbolçularına da aid edə bilərik. Avtobusdan suyu süzülə-süzülə düşən komanda üzvləri başlarını qaldırıb ətrafa göz gəzdirməkdən çəkinmələri yəqin ki, ilk oyundakı məğlubiyyətin nəticəsi idi.

Yalnız ötən mövsüm “Qəbələ”də oynamış Əyyub Allaş müəyyən mənada rahat görünürdü ki, bu, onun tanış məkana gəlməsi və tanış simaları görməsinə görəydi. Ümumiyyətlə, kollektivdə qalib ruhu sezilmirdi.

Ümumi müşahidələr “Şerif”dəki gərginlik və narahatlıqdan xəbər verdi. Meydana sonuncu şans düşüncəsi ilə çıxacaqları kimi, həm də ehtiyat edəcəklər. “Zirə” heç bir halda müdafiəyə çəkilməməli, rəqibi qapısına yaxın buraxmamalıdır.

Moldovanların gərginlik və həyəcanından elə ilk dəqiqələrdə istifadə etmək mütləqdir. Sadıqovun kollektivi birinci hissədə qol vurmağı bacarsa, qolların davamını gətirəcək.

İyulun 11-də qeydə alınan hesab, doğma meydan və azarkeş amili, rəqib düşərgədəki xaos – bütün bunlar təmsilçimizin xeyrinə işləyir. Qalır ağıllı davranmaqla ələ düşən fürsətdən maksimum istifadə etmək.

Bu axşam “Dalğa Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?