COP29

Rəşad Sadıqovun etibarını itirdi, Azərbaycanı tərk etmək təklif olundu

13:00 Zirə 2 723
Rəşad Sadıqovun etibarını itirdi, Azərbaycanı tərk etmək təklif olundu

2023-cü ildən «Zirə»nin formasını geyinən Abbas İbrahimə Azərbaycanı tərk etmək təklif olunub.

Rəşad Sadıqovun çalışdırdığı «qartallar» onunla yola davam eləmək istəyindən uzaqdır.

Qəsəbə təmsilçisi nigeriyalı legionerə öz mövqeyini bildirib. Buna səbəb yarımmüdafiəçinin əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirməməsi, daim ehtiyatda qalmasıdır.

Afrikalının klubla sözləşməsi 2025-ci ilin yayınadək qüvvədədir. Ötən mövsümdən fərqli olaraq, cari «futbol ili»ndə çox nadir hallarda şans qazana bilməyən Abbas istərsə, «Zirə» onu icarəyə verməyə də hazırdır.

Məsələn, «Kəpəz» real müştəridir. Gəncə klubu onunla bağlı qarşı tərəfə müraciətini də edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 23:00 Zirədə vaxt itkisi...