COP29

"Zirə" hər şeyi sübut edir, "Şerif"i keçsələr, mənim üçün sürpriz olmayacaq"

15 İyul 03:20 Zirə 1 740
"Zirə" hər şeyi sübut edir, "Şerif"i keçsələr, mənim üçün sürpriz olmayacaq"

“Zirə”nin səfərdə “Şerif”ə qalib gəlməsi əla nəticədir.

Yaxşı və etibarlı futbol oynadılar.

Fikrimcə, “Zirə” Bakıda da uğurlu oyun sərgiləyərək növbəti mərhələyə adlayacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Zirə”nin sabiq legioneri Adrian Skarlatake deyib.

Bir neçə gün əvvəl aktiv futbolçu karyerasını başa vuran və “Mioveni” klubunda məşqçiliyə başlayan rumıniyalı sabiq komandasının qələbəsinə görə sevindiyini bildirib. Onun sözlərinə görə, “Zirə” “Şerif”i keçmək gücündədir:

“Zirə”nin ilk qələbəsi hər şeyi sübut edir. Onların evdə də “Şerif”i məğlub etmək üçün gücü var.

Əminəm ki, növbəti mərhələyə adlayacaqlar. “Zirə”nin “Şerif”i mübarizədən kənarlaşdırması mənim üçün sürpriz olmayacaq.

Bu, həm özləri, həm də Azərbaycan futbolu üçün çox yaxşıdır”.

Digər Xəbərlər
Xəbər Lenti