COP29

"Zirə"də oynamaq mənə xeyirdir, özümü sübut etmək üçün fürsət gözləyirəm"

15 İyul 12:40 Zirə 1 516
"Zirə"də oynamaq mənə xeyirdir, özümü sübut etmək üçün fürsət gözləyirəm"

"Zirə"nin yeni müdafiəçisi Ange Mutsinzi Bakı təmsilçisinin heyətinə keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Weekend Sport" portalına danışan ruandalı yeni komandasındakı hədəflərindən də söz açıb:

"Bu kluba qoşulduğum üçün çox xoşbəxt idim. Bu, yeni səyahət, yeni çağırış və yeni hədəflərdir.

Özümü sübut etmək üçün fürsət gözləyirəm. Yenidən zirvəyə qalxmaq üçün mentalitetimi dəyişdim və özümə inandım.

Futbol hər yerdə eynidir və bu düşüncə tərzi mənə kömək etdi. Avropa Liqasında iştirak karyeram üçün böyük üstünlükdür.

Bilirəm ki, belə vacib turnirdə çətin olacaq, amma yeni çağırışa hazıram. Burada oynamaq mənim üçün xeyirdir və yeni komandada rəqabət qabiliyyətimi artırmaq üçün çox çalışacam.

Bu səviyyəyə çatdığım üçün çox xoşbəxtəm və qürur duyuram, komanda yoldaşlarımın mənə uyğunlaşmaqda kömək edəcəklərinə və birlikdə işləməkdən zövq alacaqlarına ümid edə bilərlər.

Gündən-günə təkmilləşməyə davam edəcəyəm. Məqsədim bir çox matçlarda daha yaxşı çıxış etməyə çalışaraq ruandalıları qürurlandırmaqdır.

Bilirəm ki, bu, asan deyil, amma mümkündür".

Afrikalı legioner yeni komandasında rəsmi debütünü Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif" - "Zirə" (0:1) görüşünün ikinci hissəsində edib.

Digər Xəbərlər
Xəbər Lenti