COP29

Laval "Neftçi"yə qol vurmayacaq – Son anda problemi üzə çıxdı

12 Sentyabr 10:40 Zirə 3 851
Laval "Neftçi"yə qol vurmayacaq – Son anda problemi üzə çıxdı

İlyarımlıq fasilədən sonra Azərbaycana dönən Yusuf Laval «Zirə»ni məyus edib.

Nigeriyalı legioner sabiq komandası olan «Neftçi»yə qarşı bu həftə meydana çıxa bilməyəcək.

Səbəb məlumdur - zədə. Tibbi müayinədən keçən vingerin ayağında xəsarət aşkarlanıb.

Afrikalı ən yaxşı halda oktyabrın ikinci yarısında yaşıl sahələrə ayaq basacaq.

Qəsəbə təmsilçisi Lavalla bugünlərdə 2+1 illik müqavilə bağlayıb.

26 yaşlı afrikalı 2020-ci ilin yayında 3 il oynadığı “Lokeren”dən (Belçika) “Neftçi”yə azad agent kimi keçib. Burada 7000 dollar əməkhaqqı alıb.

2023-cü ilin yanvarında isə “Arouka”ya yollanıb. Portuqaliya klubu bu transferin qarşılığında bakılılara 25 min dollar təzminat ödəyib.

Laval həmin vaxt seçiminin səbəbini bu cür açıqlamışdı:

“Daha böyük uğurlar qazanmaq üçün bu addımı atdım. “Aruka”nı seçdim, çünki azarkeşlərlə çox sıx əlaqəyə malik gözəl klubdur.

Komandanın mümkün olan ən yüksək uğuru qazanmasına kömək etmək istəyirəm. Əlimdən gələni edəcəm və yaxşı nəticələr üçün mübarizə aparacam.

Burada böyük uğurlar qazanmağı hədəfləyirəm. “Aruka”nın heyətində parlaq çıxış edəcəyimə inanıram”.

Hər şey portuqaliyalıların “Obaqol” ləqəbi ilə çağırdığı Lavalın gözlədiyi kimi olmadı. Yeni ölkədə 26 matçda cəmi 293 dəqiqə meydanda olan afrikalı bundan narazı qaldı.

Odur ki, “Arouka” rəhbərliyinə müraciət edərək, 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdi.

“Zirə“ isə indi onun üçün yeni çağırışdır. Burada əsas heyətə düşməyə, həmçinin qazanacağı pula layiq oldığını sübuta yetitrməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?