COP29

“Zirə” slovakların başına oyun açan ikinci klub oldu

29 İyul 23:00 Zirə 3 083
“Zirə” slovakların başına oyun açan ikinci klub oldu

“Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşan “Zirə” Konfrans Liqasına parlaq qələbə ilə başladı.

“Qartallar” II təsnifat mərhələsinin ilk qarşılaşmasında hər hissədə 2 qol vurmaqla “DAC 1904”ü meydana çıxmağa peşman etdi – 4:0.

Bu, Slovakiya təmsilçisinin avrokuboklar tarixinə ikinci darmadığın kimi düşdü.

Beynəlxalq klub turnirlərinə 1987-ci ildə İntertoto kubokunda start verən “sarı-göylər” bu görüşə qədər Avropa Liqasında və Konfrans Liqasında 31 qarşılaşmada meydana çıxmışdı.

Bir çox oyunlarda yenilgi acısı yaşasa da, 4 və daha çox top fərqi ilə yalnız İtaliya A Seriyasının təmsilçisi “Leççə”yə uduzmuşdu. 2020-21 mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İtaliyada keçirilən dueldə meydan sahibləri “DAC 1904”ü 7:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Odur ki, “Zirə” bu komandanın qapısından 4 cavabsız top keçirməklə slovaklara unudulmaz dağ vuran ikinci komanda kimi tarixə düşdü.

Komandalar arasında cavab qarşılaşması avqustun 1-də Slovakiyada keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti