COP29

"Zirə"nin Avroliqanın II mərhələsindəki potensial rəqibləri bilindi

19 İyun 15:30 Zirə 1 163
"Zirə"nin Avroliqanın II mərhələsindəki potensial rəqibləri bilindi

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, mübarizəyə 1-ci mərhələdən başlayacaq Azərbaycan təmsilçisi "Zirə"nin də bu raunddakı potensial rəqibi bəlli olub.

Rəşad Sadıqovun komandası ilk turda Moldova "Şerif"ini keçsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

“Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.

"Zirə" 1-ci mərhələnin ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək. 2-ci mərhələnin isə ilk oyunu iyulun 25-də, cavab matçı avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO