COP29

Bu dəfə 20 min qazanc, necədir? – Sevinc sevincə qarışdı

17 Avqust 16:00 Zirə 882
Bu dəfə 20 min qazanc, necədir? – Sevinc sevincə qarışdı

«Zirə» rəhbərliyi futbolçuları növbəti dəfə sevindirib.

Konfrans Liqasında üçüncü mərhələni adlayan «qartallar»ı böyük miqdarda mükafat gözləyir.

«Osiyek» səddini aşan qəsəbə təmsilçisi oyunçularına təqribən 20 min manat civarında pul ödəyəcək.

Müqayisə üçün deyək ki, bundan əvvəlki etapda «DAK-1904» ilə qarşılaşan zirəlilər 10 min manat irəli düşüb. Rəşad Sadıqovun çalışdırdığı kollektiv slovakiyalılara 4:0 və 2:1 hesabıyla qalib gəlib.

Xorvatlarla duellər ondan da çətin keçib. Səfərdən 1:1-lə dönən «qartallar» Mərdəkanda əsas vaxtı 2:2 bitən qarşılaşmanı penaltilər seriyasında qazanıb. Tiaqo Silvanın 4 penaltini qaytardığı seriya 2:1 yekunlaşıb.

Beləcə, "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kipr "Omoniya"sı ilə görüşəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…