COP29

Rəşad Sadıqovun səsi tutuldu, ilk sözləri bu oldu - VİDEO

17 Avqust 11:20 Zirə 2 757
Rəşad Sadıqovun səsi tutuldu, ilk sözləri bu oldu - VİDEO

“Bu komanda imkanlarına görə bizdən daha yuxarı idi”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov belə deyib.

Qəsəbə klubu Konfrans Liqasında növbəti oyununu keçirib. “Qartallar” II təsnifat mərhələsinin cavab matçında "Osiyek"lə Mərdəkanda üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib - 2:2.

Qonaqlardan 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib.

81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan (2:1) "Zirə" tarixində ilk dəfə pley-offa yüksəlib. Komanda bu raundda Kipr "Omoniya"sı ilə görüşəcək.

Xorvatlarla matçdan sonra ilk açıqlamanı “CBC Sport”a verən R.Sadıqov qələbəni əzmkarlıq hesabına qazandıqlarını bildirib.

Səsi tutulmuş halda sualları cavablandıran mütəxəssis bir sıra maraqlı etiraflar edib. Məsələn, o, avrokuboklarda 1 mərhələ keçmək məqsədi ilə yeni sezona başladıqlarını, “pley-off”u isə yalnız arzuladıqlarını söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…