COP29

Avropa Liqasının iştirakçısı Mahir üçün icarə müqaviləsi TƏKLİF ETDİ

25 İyun 14:40 Zirə 3 744
Avropa Liqasının iştirakçısı Mahir üçün icarə müqaviləsi TƏKLİF ETDİ

Millimizin hücumçusu yeni təklif alıb.

Avropa Liqasında mübarizə aparacaq «Zirə» 26 yaşlı forvarda dəvət göndrib.

Rəşad Sadıqovun çalışdırdığı «qartallar» onu «Dinamo»dan icarəyə götürmək fikrindədir. Bununla bağlı Zaqreb təmsilçisinə sorğu göndərilib.

Onun buradan ayrılmaq ehtimalı yüksəkdir, Bunu paytaxt klubunun baş məşqçisi Sergey Yakiroviç yerli “Sportske”yə müsahibəsində də deyib.

O, bəzi futbolçuların "Dinamo"dakı taleyi ilə bağlı sualları cavablandırarkən, Mahirin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyi bildirib:

“Onun böyük ehtimalla reallaşacaq təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”.

Mahir Emrelinin 2022-ci ilin fevralından çıxış etdiyi "Dinamo" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.

O, bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 5 qol vurub, 5 qolun isə ötürməsini edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO