
“Zirə” Ruan Renato ilə müqavilənin müddətini uzadıb.
Yeni sözləşməyə əsasən, braziliyalı 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.
31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də “Qəbələ“dən Zirə”yə keçib. O, karyerası ərzində “Ponte Preta”, “Botafoqo”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya” və “Yuventude”də çıxış edib.
Renatonun “Zirə“ ilə əvvəlki müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir.
İkinci kontrakt “sambaçı”nın maddi durumuna da müsbət təsir göstərəcək. .
Ona ərəb ölkələrindən və Avropanın bəzi “ikinci eşalon“ ölkələrindən də təklif var idi. Baş məşqçi Rəşad Sadıqovla görüşdən sonra üstünlüyü “Zirə”yə verib.
SPORTİNFO.AZ