
"Zirə"nin legioneri Salifu Suma performansı ilə Qvineyada da diqqəti özünə çəkib.
Sportinfo.az “Joueurs Guineens” nəşri onu xarici çempionatlarda çıxış edən futbolçulardan ibarət simvolik heyətə daxil eləyib.
Ötən turun nəticələrinə əsasən, ona 8.0 bal verilib və ilk “dördlük”də də yer alıb.
Premyer Liqanın 31-ci turunun “Sumqayıt”la oyununda Suma 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.