
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, yığıncaqda “Zirə”nin müraciətinə baxılıb.
Qəsəbə klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayəti qismən təmin edilib.
U-17 Liqasında keçirilən “Zirə” – “Qarabağ” matçında rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçuya verilən 3 oyunluq cəza yüngülləşdirilib.
O, ikisi şərti olmaqla 3 matçlıq diskvalifikasiya edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 16-dan hesablanacaq.
Apellyasiya şikayətinin qalan hissəsi təmin olunmayıb.