“Zirə”də MƏQSƏD budur!

14:20 Zirə 142
“Zirə”də MƏQSƏD budur!

“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.

Məqsəd Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur.

O, “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.

Qeyd edək ki, Məqsəd Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti