Rəşad Sadıqovun sözü var: “Qəzəblənməyəcəkdim" - VİDEO

01:20 Zirə 92
Rəşad Sadıqovun sözü var: “Qəzəblənməyəcəkdim" - VİDEO

"İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Vacib üç xal qazandıq".

Sportinfo.az xəbər veir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqada 31-ci turunda "Zirə" öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri matç haqda deyib.

Mütəxəssis bildirib ki, birinci hissə onlar üçün daha rahat keçib.

"İlk hissədə 2 top fərqi ilə irəlidə idik. "Sumqayıt" haqda oyunçularımıza məlumat vermişdik. Onlara baxımlı və rəngarəng futbol oynayan komanda olduğunu demişdik. Vaqif Cavadov çox yaxşı işlər görür. İkinci hissənin əvvəlində qol buraxdıq. O qoldan sonra müəyyən stress yarandı. "Sumqayıt" irəli getməyə başladı, hücum potensialını artırdı. Biz də daha çox müdafiəyəmeyilli dəyişikliklər edirdik. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. "Sumayıt" da hesabı bərabərləşdirə bilərdi. Şükür Allaha, üçüncü qolu biz vurduq.

Rəşad Sadıqov qalib gəlməsəydilər "Qarabağ"ın çempion olacağı ilə bağlı sualı da cavablandırıb:

"Bu barədə heç düşünmürdük. Aydın məsələdir onlar çempiondur. Biz yalnız avrokuboklar haqda düşünürük. İkinci qolu buraxsaydıq da, futbolçularıma qəzəblənməyəcəkdim. Son turlar yaxınlaşdıqca,müəyyən stress olacaq".

O, 16 il qabaq oynadığı "Kocaelispor"un yenidən Superliqaya qayıtmasına da münasibət bildirib:

"Çox sevindim. O komanda yüksək liqada oynamağa layiqdir. Azarkeşlər adına da çox sevindim. Möhtəşəm stadion tikilib. "Bursaspor", Kocaelispor" kimi komandalara yüksək liqada oynamağa layiqdirlər".

Baş məşqçi planlarının dəyişmədiyini vurğulayıb.:

"Rəqabət olacaq. Biz DAK-la avrokub matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var. Danışıq apardığımız və danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək".

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!