“Zirə” 10 il ərzində buna da çatdı

17:20 Zirə 112
“Zirə” 10 il ərzində buna da çatdı

“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Premyer Liqanın 31-ci turuna təsadüf edib.

Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.

Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.

"Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.

Digər Xəbərlər
Xəbər Lenti