
Premyer Liqada XXXI tur başa çatıb.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 29 xalla səkkizinci sıradadır.
“Zirə” – “Sumqayıt” 3:1
Qollar: Giorgi Papunaşvili, 6; Martins Junior, 45+1; Salifu Suma, 89 // Bobir Abdixolikov, 52
Zirə İdman Kompleksinin stadionu, 650 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Teymur Teymurov
Dördüncü hakim: Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Ruan Renato, 30 (oyunun bərpasının ləngidilməsi); Ange Mutsinzi, 90+3 (qeyriidman hərəkəti) // Alan Dias, 63 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Zirə”
13. Aydın Bayramov
32. Qismət Alıyev (k)
8. İsmayıl İbrahimli
(15. Pyer Zebli, 79)
14. Elçin Əlicanov
4. Ruan Renato
10. Giorgi Papunaşvili
(6. Eldar Quliyev, 79)
70. İssa Cibrila
(7. Məqsəd İsayev, 79)
23. Rafael Utziq
(3. Ange Mutsinzi, 85)
18. Martins Junior
(29. Ceyhun Nuriyev, 65)
17. Ayron Qomis
19. Salifu Suma
Ehtiyat oyunçular:
97. Tiaqo Silva
41. Anar Nəzirov
11. Rüstəm Əhmədzadə
53. Şahmar Aşurov
30. Rikardo Martins
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev (k)
(12. Giorgi Karaişvili, 59)
14. Elvin Bədəlov
2. Sertan Taşkın
(11. Momo Yansane, 82)
17. Murad Xaçayev
20. Ayxan Süleymanlı
19. Roi Kehat
5. Alan Dias
(99. Silvanus Nimeli, 72)
23. Ronaldo Vaskez
60. Tresor Mossi
(8. Səbuhi Abdullazadə, 46)
9. Bobir Abdixolikov
Ehtiyat oyunçular:
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
7. Rövlan Muradov
21. Nihad Əhmədzadə
24. Sənan Muradlı
75. Nadir Orucov
95. Miloş Miloviç
77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov