
"Zirə" cari mövsümdə artıq iki dəfə möhtəşəm geridönüş edib".
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Rəşad Sadıqovun çalışdırdığı komandanın göstərdiyi nəticələrdən danışıb.
Tanınmış teleşərhçi bildirib ki, qəsəbə təmsilçisi "Qarabağ"la ev, "Neftçi" ilə səfər oyunlarında bütün proqnozları alt-üst edib, hesabı 0:2-dən çevirib və əla qələbə qazanıb.
Deyib ki, "qartallar"ın "ağ-qaralar"la son matçı uzun müddət xatırlanacaq.
Abbasov əla sezon keçirən Salifu Sumanın dörd qolda iştirakına diqqət çəkib, iki topunun qapı dirəyinə tuş gəldiyini söyləyib.
Ekspert qeyd eləyib ki, baş məşqçi amili "Zirə"nin sərgilədiyi futbolda özünü tamamilə göstərir. Çünki Sadıqov ən həssas məqamlarda futbolçularının əhval-ruhiyyəsinı və oyununu dəyişdirməyi bacarır, onları toparlayır.
Верлишин иштиракчысы щямчинин Исса Ъибриланын чыхышындан сюз ачыб. Ниэердян олан йарыммцдафиячинин перформансында бюйцк сычрайыш етдийини вурьулайыб.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN