“Əgər o getsə, “Qarabağ”ın beli “qırılacaq” - Hər şey bu VİDEOda

18 Aprel 11:40 Zirə 2 061
“Əgər o getsə, “Qarabağ”ın beli “qırılacaq” - Hər şey bu VİDEOda

“Hazırki hücum xətti ilə “Qarabağ” Tovuzdan o tərəfə keçə bilməz. Avrokuboklar üçün hücum və müdafiə fazasının güclənməsi şərtdir.

Təsəvvür edin ki, Marko Yankoviçsiz “Qarabağ”ın “beli” qırılır. Hazırda ona alternativ “Neftçi”dəki Edvin Kuç ola bilər”.

Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet”də səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Qarabağ”ın yeni mövsüm üçün transfer strategiyasından danışıb,

alternativlər barədə maraqlı şərhlərlə diqqət çəkiblər. Xüsusilə Yankoviçin yoxluğunun komanda adına mənfi hal olduğu deyilib,

Onun “Neftçi”li həmyerlisi Edvin Kuçla gələcəkdə olması mümkün tandeminin perspektivdə komandaya təsiri barədə danışılıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"