
Premyer Liqanin 30 turunda 37 penalti təyin olunub.
Sportinfo.az xəbər verir ki, 150 matçda təyin olunan onbirmetrlik cərimə zərbələrindən 28-i qolla nəticələnib.
Mövsümün 5/6 hissəsindəki penaltilərdə 76 faiz dəqiqlik qeydə alınıb.
“Zirə” və “Turan Tovuz” hamıdan çox – 6 penalti imkanı qazanıb. Bakı klubu 1, qərblilər 3 dəfə xətaya yol verib. “Qarabağ” hamıdan çox – 5 zərbədə yüzfaizlik nəticə göstərib.
Penalti vuran klublar: “Zirə” – 6 (1-i qeyri dəqiq), “Turan Tovuz” – 6 (3), “Qarabağ” – 5, “Sabah” – 5 (1), “Araz-Naxçıvan” - 4, “Kəpəz” – 4 (2), “Neftçi” – 3, “Sumqayıt” – 2 (1), “Səbail” – 1 (1), “Şamaxı” – 1.
“Şamaxı” 6 dəfə penalti ilə cəzalanıb. Bu zərbələrin 5-i qolla nəticələnib.
Penalti ilə cəzalanan klublar: “Şamaxı” – 6 (1), “Səbail”, “Turan” – 5 (1), “Sumqayıt”, “Neftçi”, “Kəpəz” – 4 (1), “Qarabağ” – 4 (2), “Zirə”, “Sabah” - 2, “Araz-Naxçıvan” – 1 (1).
Futbolçular arasında rekordçu Rafael Utziqdir. XXX turda “Neftçi”yə penaltilərlə 2 qol vuran braziliyalı 4 dəfə “ağ nöqtə”dən dəqiq olub.
Pavol Şafranko (“Sabah”) 3 belə zərbəni qola çevirib. Eyni sayda imkan qazanan Kristian da Silva (“Turan Tovuz”) və Luis Paçu (“Kəpəz”) yalnız bir dəfə dəqiq olub.