Rəşad Sadıqovu buna görə təbrik etmək olar

17:45 Zirə 221
Rəşad Sadıqovu buna görə təbrik etmək olar

"Zirə"nin "Neftçi" ilə matçdakı geridönüşü təsadüf yox, kollektivin nə qədər möhkəm iradəsi olmasının sübutu idi.

Düzdü, bu cür üstünlüyü əldən vermək qonaqların cəsarətindən çox, meydan sahiblərinin fərasətsizliyinə, çarəsizliyinə də bağlamaq olar.

Amma 0:2 geridə olan komandada zərrə təlaş hiss olunmaması da xüsusi qeyd olunmalıdır.

Baş məşqçi Rəşad Sadıqov kimi emosional biri kənarda sakitcə dayanmışdı.

Futbolçuları da onun tərzdə oyun intizamını qorumağa çalışırdı. Futbolçular və baş məşqçi tandemi bir-birlərini tamamlayırdı.

Məsələn, hesabda önə çıxandan sonra daha aqressiv Sadıqov gördük.

Bu həm də bir məşqçi bicliyi, gizli gedişi idi. Rəqibdən 2 zərbə alan yetirmələrinə əlavə yük olmamağa, təzyiqdən qoruyub, sərbəst çıxış etmələrinə hesablanmışdı.

Ki, ən üst səviyyədə bacardı.

Düzdü, ilk hissə çox şey alınmırdı. Amma komanda da öz yolundan dönmürdü.

Özgüvən hardasa dada çatmalı idi. Çatdı da...

Fasilə ərəfəsində fərq minimuma endi.

İkinci yarı isə "Zirə" fırtınası qopdu.

İstək, özünə əminlik o həddə idi ki, 2:2 bərabərlikdə "qartallar" sakit dayanmırdı.

Əksinə, qələbə hirsi ilə alışıb yanırdı. Əldə edilən parlaq qələbə həmin hirsin, istəyin mükafatı sayıla bilər.

"Zirə" tədricən Sadıqovun istədiyi, ictimaiyyətin arzuladığı bərk komanda çərçivəsinə oturmaqdadır.

Söhbət cəmi bir neçə həftə əvvəl "Qarabağ"a da eyni aqibəti yaşadan komandadan gedir.

Buna görə istedadlı yerli baş məşqçini təbrik etmək olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti