
"Zirə"nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 30-cu turunda "Neftçi"ni 4:2 hesabıyla məğlub etdiz. Belə dramatik matç olacağını gözləyirdiniz?
- "Neftçi" ilə oyunlarımız hər zaman dramatik alınır. Belə olacağını öncədən demək çətin idi. Son iki görüşdə rəqibə məğlub olmuşduq. Yaxşı sonluq yaşadıq. Artıq bu mövsüm ikinci belə hal yaşanır. "Qarabağ"la matçda da 0:2 geridə olsaq da qalib gəlmişdik.
- 0:2 geridə olanda baş məşqçinin xüsusi tapşırığı oldumu?
- Açığı, fasilədə içəridə deyildim. Meydanda oyuna hazırlaşırdım. Görünən odur ki, xüsusi tapşırıqları olub. İkinci yarıda meydanda başverənlər bunu göstərir. 0:2 geridə olmağımıza rəğmən oyundan qopmadıq, sonda layiqli qələbə qazandıq.
- 0:2-də 1 xal təklif olunsaydı, razılaşardın?
- Məncə, razılaşardım. Amma 2:2-dən sonra qətiyyən heç-heçə barədə düşünmürdüm.
- Son dönəmlər "Zirə"nin hətta "Qarabağ"dan da yaxşı formada olduğu bildirilir. Bu fikirlə razısan?
- Razıyam. Çünki mövsümün ikinci yarısındakı xallara görə "Zirə" birinci sıradadır. "Qarabağ"ı da çox dramatik matçda məğlub etdik. Bu günyaxşı formadayıq. Deyilənlərlə razıyam.
XANOĞLAN İMANOV