"Qarabağ"ın nəticələrinə heç fikir vermirik"

24 Aprel 21:00 Zirə 138
"Qarabağ"ın nəticələrinə heç fikir vermirik"

Ölkə Kubokunda mübarizəni dayandıran "Zirə"nin Premyer Liqada işləri ən üst səviyyədə gedir.

Xüsusilə qış fasiləsindən sonra ardıcıl sıralanan qələbələr komandanı ikinci pilləyə daşıdı.

Bu gün yalnız lider "Qarabağ"dan geri qalan "qartallar"ın ardıcıl ikinci mövsüm də gümüş medal qazanması çox real görünür.

Amma narahatlıq yaradan məqam ötən mövsümdən fərqli olaraq bu dəfə Avropa Liqasında yox, Konfrans Liqasında iştirak etmək lazım gələcək. Təbii ki, bu da bir dəfə məğlub olmaq limitindən məhrum olmaq deməkdir.

Çıxış yolu "Qarabağ"ın ardıcıl ikinci mövsüm çempionluqla bərabər, Ölkə Kubokunu qazanması şərtdir.

Belədə Rəşad Sadıqovun kollektivi üçün Avropa Liqası yolu yenidən açılmış olacaq.

Zirəlilərin indiki halda bütünlüklə "köhlən atlar"a azarkeşlik edəcəyini gözləmək olardı.

Lakin komandanın təcrübəli siması Aydın Bayramov fərqli düşündüyünü dilə gətirib:

"Qarabağ"a azarkeşlik edəcəyimizi deməzdim. Rəqiblərin oyunlarına heç fikir vermirik. Çünki bizə sırf öz nəticələrimiz maraqlıdır. Çalışırıq ki, hər oyunda qalib gələk və ikinci yeri tutaq. Qalanı da Allahın işidir".

Bayramov "Azarkeşlərin "Zirə"dən gözləntisi bu dəfə komandanın Avropa arenasında qrup mərhələsinə yüksəlməsidir. Bu məqam üzərinizdə təzyiq yaratmırmı" sualına isə belə reaksiya verib:

"Xeyr. Ötən mövsüm Konfrans Liqasında pley-offa qədər gəlib çıxmışdıq. Çalışacağıq ki, ən azı bu uğuru təkrarlayaq"

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!