Azərbaycanda 13 qol vuran futbolçu hansı klubda çıxış etmək istəyir?

10 Aprel 02:50 Zirə 2 183
Azərbaycanda 13 qol vuran futbolçu hansı klubda çıxış etmək istəyir?

“Hər kəs gücünü ortaya qoymaq istəyirdi”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə açıqlamasında “Şirvan OİK”in futbolçusu Cavid Nəcizadə deyib.

24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatının Region Liqasında V turun “Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşündə 13 qol vurmasından danışıb:

“Hədəfim Region Liqasının bombardiri olmaqdır. Bu oyuna da yaxşı köklənmişdim. Bundan əvvəl isə daha çox, səhv etmirəmsə, “Naftalan”la oyunda fərqlənmişdim – 5 dəfə.

Bombardir olmağı hədəflədiyim üçün "Ərgünəş"lə matçda fürsətlərdən maksimum yararlanmağa çalışıb daha çox qol vurmaq istəyirdim.

Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm, çünki onlar da qol vurmağımda böyük rol oynadılar. "Şirvan OİK" olaraq hədəfimiz II Liqaya çıxmaq, Şirvan şəhərini layiqincə təmsil etməkdir”.

Nəcizadə Premyer Liqada oynamaq arzusundan da bəhs edib:

“Hər bir futbolçu kimi mənim də arzum Premyer Liqada çıxış etməkdir.

Əgər “Bakı” klubu fəaliyyətini davam etdirsəydi, orada oynamaq istəyərdim. Ancaq indi “Sabah”ın formasını geyinmək arzusundayam”.

“Şirvan OİK” – “Ərgünəş” (Füzuli) görüşündə Şirvan təmsilçisi qonaqların qapısından 18 cavabsız qol keçirib.

Bu nəticə mövsümün yeni rekordudur. Meydan sahibləri orta hesabla hər 5 dəqiqədən bir qol sevinci yaşayıblar.

Digər Xəbərlər
Xəbər Lenti