
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Sportinfo.az-a açıqlama verib.
Təcrübəli oyunçu Premyer Liqanın 30-cu turunda qarşılaşacaqları "Zirə" ilə matçdan gözləntilərini bizimlə bölüşüb:
"Zirə" yaxşı komandadır. Necə hazırlaşmağımız, necə motivasiya olmağımız vacibdir. Öz oyunumuzu oynayaraq rəqibin zəif cəhətlərindən yararlanmağa çalışacağıq".
"Qartallar" 2025-ci ilin ən formada olan komandasıdır. Rəşad Sadıqovun kollektivi Premyer Liqada keçirdiyi 12 matçda cəmi 2 məğlubiyyət alıb.
Hacıyev bu faktın da onları qorxutmadığını sözlərinə əlavə edib:
"Zirə"nin uğurlu dönəm keçirməsi bizi qorxutmur. Hamı dərk edir ki, bizə nə lazımdır.
Bizim üçün rəqibin kimliyi fərq etmir, çünki itirəcək nəsə yoxdur. Canımız bahasına olsa belə hər oyunda 3 xal qazanmalıyıq".
XANOĞLAN