Rəşad Sadıqov: “Mən buradan məğlub kimi ayrılmıram” - VİDEO

02:00 Zirə 85
Rəşad Sadıqov: “Mən buradan məğlub kimi ayrılmıram” - VİDEO

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu oyunlar heç zaman asan keçmir. “Qarabağ” ən güclü heyəti ilə oynayırdı. Oyun rəqibin üstünlüyü ilə keçdi. Daha çox əks hücümlara bel bağladıq. Bəzən alınırdı, bəzən alınmırdı. Futbolçularımı təbrik edirəm. Sona qədər inamlı mübarizə apardılar. Mən buradan məğlub kimi ayrılmıram. Oyundur. Gələcək oyunlar var və onlara hazırlaşmalıyıq. Bir çox epizodlarımız oldu ki, yaxşı hücumlar etdik. Böyük təzyiqlə oynadıq. Ən azı bir xalla ayrıla bilərdik. Lakin futbolçularımı yenə də məğlub kimi görmürəm.

Mənə görə penaltinin məşqi yoxdur. Bu oyunlarda həmin andakı təzyiqdən asılıdır. Qismətin üzərində çox təzyiq var idi. Lakin yeri gəldikdə yaxşı penaltilər yerinə yetirib. Bundan sonra da bir-birindən önəmli oyunlar var. Gələcəklə bağlı dəqiq proqnoz vermək mənim üçün çətindir. Bir şey bitməmiş nəyisə danışmaq düzgün olmaz. Qarşıda ağır oyunlar var. Bütün fikrimizi işimizə vermişik”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"