Görün, Rəşad Sadıqov bunlara nə deyib, nə tapşırıb! - VİDEO

6 Aprel 21:40 Zirə 415
Görün, Rəşad Sadıqov bunlara nə deyib, nə tapşırıb! - VİDEO

"Zirə"də kreativlik xaotikliyə keçmir".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Rəşad Sadıqovun çalışdırdığı komandanın Premyer Liqanın ötən turunda "Şamaxı"ya 3:0 hesabıyla qalib gəlməsini dəyərləndirib.

Bildirib ki, "qartallar" oyun nizamını hər zaman qoruyur və məqsədinə doğru irəliləyir.

Tanınmış teleşərhçinin fikrincə, qəsəbə təmsilçisi məhz düşünülmüş oyun planı sayəsində turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Ekspert xatırladıb ki, zirəlilər "Qarabağ"dan sonra çempionatda göstəriciləri ən yaxşı olan ikinci komandadır.

Abbasov qeyd edib ki, komandanın uğurlu seriya yaxalamasının səbəblərindən biri də futbolçuların eyforiyaya qapılmamasıdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti