
“Deməzdim ki, “Şamaxı” ilə matç asan oldu.
İlk hissədə bizə necə möhkəm komanda olduqlarını göstərdilər”.
Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin müdafiəçisi Məqsəd İsayev deyib.
O, Premyer Liqanın 28-ci turunda “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb:
“Sadəcə, ikinci hissədə təzyiqi artırdıq və bu da öz bəhrəsini verdi. Nəticədə qələbə qazanıb 3 xalı hesabımıza yazdıq”.
O, üçüncü pillədəki “Araz-Naxçıvan”la aralarındakı xal fərqinin onlara rahatlıq verməsi ilə bağlı sualı belə cavablandırıb:
“Xal fərqinin 7 olmasına baxmayaraq, yolumuza davam edirik. İlk “üçlük”də qərarlaşmaq bizim hədəfimizdir.
Qarşıda da çətin oyunlarımız var. Həmin matçlardan yaxşı çıxsaq, demək olar ki, 80 faiz avrokubokları təmin edəcəyik”.
İsayev növbəti turda üz-üzə gələcəkləri “Qarabağ”la oyundan da danışıb:
“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, layiqli mübarizə aparaq.
Xal qazanmaq istəyirik. Düşünürəm ki, hər şey mümkündür”.