Rəşad Sadıqov "Qarabağ" və "Neftçi"yə işarət etdi, dedi ki... VİDEO

31 Mart 08:50 Zirə 1 918
Rəşad Sadıqov "Qarabağ" və "Neftçi"yə işarət etdi, dedi ki... VİDEO

"Birinci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı, amma, sonra oyun bizim üçün çətinləşdi.

İstədiyimiz hücumları qura bilmirdik".

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 28-ci turunda "Şamaxı" ilə keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, fasilədən sonra komandası xeyli fəallaşıb və vacib 3 xalı qazanıb:

"Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilir.

Biz oyuna yaxşı köklənmişdik. Fasilədə daha çox hücumda daha fəal olmağı tapşırıqlarını verdik.

Çünki 0:0 hesabı bizi qane etmir və "Şamaxı"nın əks hücumları, cinahdan asmalarından hər an fərqlənə bilərdilər.

Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi".

Baş məşqçi növbəti 2 turda qarşılaşacaqları "Qarabağ" və "Neftçi" oyunları haqqında da fikirlərini bölüşüb:

" Həmin oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü
31 Mart 23:45 3 qol - VİDEO