Azərbaycanda 3 legionerdən baxımlı qol - Qəsəbədən VİDEO

30 Mart 22:30 Zirə 343
Azərbaycanda 3 legionerdən baxımlı qol - Qəsəbədən VİDEO

Premyer Liqanın XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Rafael Utziq (53), Ruan Renato (71) və Salifu Suma (90+3) Şamaxı klubunun qapısından keçirib.

Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.

“Zirə”– “Şamaxı” 3:0
Qollar:
Rafael Utziq, 53; Ruan Renato, 71; Salifu Suma, 90+3
Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Elşad Abdullayev
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Rafael Utziq, 28 (qeyri-idman hərəkəti); Ruan Renato, 68 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev (70. İssa Cibrila, 54) 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli (21. Hacıağa Hacılı, 71) 5. Stefan Aka (14. Elçin Əlicanov, 54) 4. Ruan Renato 90. Davit Volkov 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 78) 23. Rafael Utziq (18. Junior Martins, 78) 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 11. Rüstəm Əhmədzadə 30. Rikardo Martins 3. Ange Mutsinzi 15. Pyer Zebli 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (5. Arsen Ağcabəyov, 79) 18. Cəlal Hüseynov 82. Rüfət Abbasov (14. Vüsal Məsimov, 79) 24. Edqar Adilxanov (60. Səbayıl Bağırov, 79) 32. Vasiliye Radenoviç 20. Leroy Mikels (k) (23. Murad Vəliyev, 51) 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev (6. Rauf Rüstəmli, 30) 66. Vasiliye Bakiç 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 19. Fəxri Məmmədli
Məşqçi: Elnur Çodarov

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO