
“Zirə”nin legioneri İssa Cibrillanın çıxış etdiyi Niger yığması yoldaşlıq oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, sözügedən komanda Bonayr ilə qarşılaşıb.
Matç Nigerin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:0.
Cibrilla oyuna start heyətdə başlayıb və ikinci hissədə əvəzlənib. O, matçın 4-cü dəqiqəsində komandasının birinci qolunu vurub.