Azərbaycan klubu forvardını “Fənərbaxça”ya yox, bu kluba satacaq?

15:40 Zirə 722
Azərbaycan klubu forvardını “Fənərbaxça”ya yox, bu kluba satacaq?

"Zirə"nin hücumçusu Salifu Suma xarici klubların maraq dairəsindədir.

Sportinfo.az "africafoot" nəşrinə istinadən xəbər verir ki, qvineya-bisaulu uğrunda mübarizəyə girənlərdən biri də “Lokomotiv”dir (Moskva).

Mənbənin iddiasına görə, “dəmiryolçular” həm “Zirə”yə, həm də onun özünə sərfəli təklif etməyə hazırdır.

Xüsusilə danışıqların uğurlu olacağı təqdirdə, Suma Rusiyada ayda 20 min avroya qədər pul alacaq.

"Lokomotiv" bu müqaviləni yayda tamamlamağa hazırlaşır. O da bildirilir ki, moskvalıların təklifi afrikalı uğrunda mübarizədə favorit olan “Fənərbaxça”dan daha cəlbedicidir.

Müxtəlif mənbələrə görə, Zirə Suma üçün 800 min avro tələb edir.

21 yaşlı legionerin "Zirə" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti