Rəşad Sadıqovun “Zirə”də işi bitdimi?

11 Mart 16:00 Zirə 1 470
Rəşad Sadıqovun “Zirə”də işi bitdimi?

Üçüncü dövrənin atamanı məlumdur - bu, «Zirə»dir.

Geridə qalan 8 turda 7 qələbə super göstəricidir.

Rahatlıqla deyə bilərik ki, Rəşad Sadıqovun çalışdırdığı komanda mövsümü medalçılar sırasında başa vuracaq. Və böyük ehtimalla, gümüş medaoın sahibi kimi avrokuboklara dönəcəklər.

«Zirə»nin uğurlu seriyasını 1-2 nəfərin aktivinə yazmaq olmaz. Komanda işidir bu - məşqçi və futbolçu heyətinin bir yumruqtək birləşməsinin nəticəsində.

Suma, Penato, Qomis, Utziq, Papunaşvili, Volkov…

Siyahını yalnız legionerlərlə məhdudlaşdırmayaq. İsayev, Əhmədzadə, Alıyev və digərləri də qələbə üçün bütün varlığını ortaya qoyur.

«Səbail»lə qarşılaşan «Zirə» əla futbol oynadı. Burada daha nə yox idi ki..? Sürət, pressinq, uzun pas trafiki, çoxsaylı qol vəziyyətləri….

O qədər epizoda girdilər, əgər qalib gəlməsəydilər, futbolun ədalətindən şübhəyə düşmək lazım gələcəkdi. Qismət onları çox gözlətdi.

Son anda, 90-5-ci dəqiqədə yerinə yetirilən künc zərbəsi hesabın açılmasıyla nəticələndi.

Deyirlər, bu, «Zirə»nin pikidir. Razılaşmıram, açığı. Məncə, Rəşad Sadıqovun komandası bundan da yaxşı oynamağa qadirdir.

Ötən müddətdə çox inkişaf edib «Zirə», bəli. Ancaq bəndənizə görə, hər şey hələ qabaqdadır, artım yenə olacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti