
"Zirə"nin qolkiperi Anar Nəzirov karyerası ilə bağlı qərarını verib.
38 yaşlı qapıçı mövsümün sonu aktiv futbol həyatını sonlandıracaq.
Amma futbol sahəsində işində davam edəcək. Bu dəfə qapıçı məşqçisi kimi.
Onu yeni iş yeri də bizə məlumdur.
Anar hazırkı komandasından aldığı təklifi müsbət dəyərləndirib. Belə ki, yeni mövsümdən çərçivə qoruyucusu məşqçilər korpusunda yer alacaq.
Milli komandamızın üzvü 2014-cü ildən "qartallar"ın şərəfini qoruyur.
Yalnız aradakı 2019-2021-cu illər xaric. Bu müddəti "Qəbələ"də keçirib.
Nəzirov bu iki komandadan başqa ölkəmizdə "Kəpəz", "Neftçi", "Sumqayıt", "Standart" və "Turan Tovuz" klublarında da çıxış edib.
SPORTİNFO.AZ