Rəşad Sadıqov Kurban Berdiyevi necə mat qoydu?

20 Mart 21:15 Zirə 736
Rəşad Sadıqov Kurban Berdiyevi necə mat qoydu?

Nəhayət, Rəşad Sadıqov üçüncü cəhdində Kurban Berdiyevə qalib gəldi.

Özü də Tovuzda, yerli azarkeşlərin önündə.

Əvvəlki iki görüşdən biri bərabərlikə başa çatmışdısa, digərində tovuzlular sevinən tərəf olmuşdu.

"Qartallar" bu dəfə rəqibinə heç bir şans tanımadı.

Start fitindən final fitnə kimi oyunun ipi qonaqların əlində oldu.

Hər hissədə vurulan 1 qol qələbə üçün yetərli oldu.

Qonaqlar xüsusilə standart vəziyyətlərə xüsusi hazırlaşmasını qeyd etmək lazımdır.

Sadıqov yaxşı bilirdi ki, bölgə klubunun əsas silahı duran toplardı.

Qarşısını ala bilsə, "Turan"nın işini bitmiş saymaq olar. Elə də oldu.

Bakılılar bunu çox yaxşı bacardı.

90 dəqiqə saysız-hesabsız duran toplardan sonra ciddi 1 təhlükə yaşanmadı. Uzun ötürmələrin qarşısını Stefan Aka və Ruan Renato ideal səviyyədə kəsə bildi.

Əlindən baş iş gəlməyən "Turan" yekunda təslim olmağa məhkum idi. Ki, elə də oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti