Rəşad Sadıqov söz-söhbətə nöqtə qoydu - “Fənərbaxça”dan rəsmi təklif gəlibmi?

01:50 Zirə 259
Rəşad Sadıqov söz-söhbətə nöqtə qoydu - “Fənərbaxça”dan rəsmi təklif gəlibmi?

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Salifu Sumaya “Fənərbaxça”dan təklif gəlməsi ilə bağlı yayılan xəbərlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı mütəxəssis yayılan xəbərlərə münasibət bildirib.

Deyib ki, Türkiyənin nəhəng klubu Qvineya-Bisaudan olan vingerə görə onlara təklif göndərib:

“Bizə “Fənərbaxça”dan rəsmi təklif gəlməyib. Mən də səhifələri izləyirəm.

Salifu barədə xəbərlər çoxdur. Amma bunların əksəriyyəti həqiqəti əks etdirmir.

“Dinamo”dan (Kiyev) təklif almışdıq. Yaxın zamanda transfer gözlənilmir.

Ən yaxşı halda yayda ola bilər. Onun agenti ilə Bakıda görüşmüşəm.

O da Salifunun bizdəki çıxışından məmnundur. Hamısı işin içində olan məqamlardır.

Vacib olan odur ki, futbolçu bu situasiyada özünü yaxşı idarə etsin, oyunlara yaxşı köklənsin”.

Digər Xəbərlər
Xəbər Lenti