
“Fənərbaxça” “Zirə”nin Qvineya-Bisaudan olan legioneri Salifu Sumanı transfer etmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə Qvineya mətbuatı məlumat yayıb.
Bildirilib ki, komandanın portuqaliyalı məşqçisi Joze Mourinyo vingerin xidmətində maraqlıdır.
İstanbul təmsilçisi afrikalının keçidi üçün “Zirə”yə 800 min avro ödəməyə hazırdır.
Tərəflər arasında ilkin danışıqların olduğu da bildirilib.