Bir braziliyalı, iki penalti və salam, “Qarabağ”! - VİDEO

28 Fevral 22:40 Zirə 3 296
Bir braziliyalı, iki penalti və salam, “Qarabağ”! - VİDEO

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəlib.

Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.

“Zirə” – “Araz-Naxçıvan” 0:2
Qollar:
Felipe Santos 3-pen, 45-pen
Zirə İdman Kompleksinin stadionu, 200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Qismət Alıyev, 35 (hakimin qərarına etiraz); Məqsəd İsayev, 44 (qeyri-idman hərəkəti); Salifu Suma, 56 (qeyri-idman hərəkəti); Giorgi Papunaşvili, 90+3 (qeyri-idman hərəkəti) // İssuf Paro, 80 (qeyri-idman hərəkəti); Vanderson Melo, 90+3 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 36 (hakimin qərarına etiraz)

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

“Zirə”: 13. Aydın Bayramov 7. Məqsəd İsayev (11. Rüstəm Əhmədzadə, 61) 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 23. Rafael Utziq (70. İssa Cibrila, 61) 3. Ange Mutsinzi 15. Pyer Zebli (17. Ayron Qomis, 46) 18. Junior Martins (10. Giorgi Papunaşvili, 46) 6. Eldar Quliyev (90. Davit Volkov, 46) 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 97. Tiaqo Silva 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 5. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev (6. Vadim Abdullayev, 69) 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 24. Mustafa Əhmədzadə (7. Ülvi İsgəndərov, 81) 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes (22. Elçin Mustafayev, 86) 4. İqor Ribeyro 97. Felipe Santos (9. Əyyub Allaş, 69) 10. Bernardo Dias (8. Karlos Jatoba, 81)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli
Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti