_oyunundan_fotolar___zirpfk__zirilzirvy_0(jpg).jpg)
"Zirə" - "Kəpəz" görüşü güclü qar yağması səbəbindən öncə bir gün təxirə salma, ardınca 3 saat gecikmə ilə də olsa baş tutdu.
Meydan sahibləri son yarım saatda vurduğu 2 qolla növbəti 3 xalı aktivinə yazmış oldu.
Qarşılaşmanın ardınca meydan sahiblərinin müdafiəçi Məqsəd İsayev görüşlə bağlı fikirlərini Sportinfo.az-a açıqlayıb:
"Kəpəz"lə oyun bizim üçün yaxşı keçdi. Layiqli qələbə qazandıq. "Zirə" üçün vacib qarşılaşma idi. Sevinirəm ki, belə məqamda qələbə qazanmağın öhdəsindən gəldik".
İndi isə qarşıda daha bir ağır sınaq var. Rəşad Sadıqovun yetirmələri ölkə Kubokunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Təcrübəli futbolçu ilk görüşdə məğlub olduqları (0:1) rəqiblə oyunda növbəti mərhələyə yüksələcəklərinə inamını ifadə edib:
"Araz Naxçıvan"la kubokun cavab görüşünün önəmi böyükdür. Düzdü, ilk oyunda məğlub olduq, amma düşünürəm ki, cavab matçında meydandan yaxşı nəticə ilə ayrıla bilərik. "Araz" yaxşı komandadır. Diqqətli olmaq lazımdır. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq".
XANOĞLAN