
Premyer Liqanın 24-cü turunun son oyunu Zirədə baş tutdu.
Min bir çətinliklə olsa da.
Güclü qar yağıntısı üzündən matç, öncədən nəzərdə tutulduğu kimi, fevralın 23-də keçirilmədi. Ertəsi gün isə qarşılaşmanın start vaxtı iki dəfə dəyişdirildi.
«Şartallar» Zirə Olimpiya Kompleksinin stadionunu qardan təzmizləmək üçün çox əziyyət çəkdi. 40 muzdlu işçi tutan qəsəbə təmsilçisi bununla kifayətlənmədi.
Klubun rəsmilərindən tutmuş ta adi əməkdaşına kimi hamı meydana girməli, qarı süpürməli oldu.
Rəşad Sadıqov da kənarda qalmadı. Baş məşqçi əlinə bel götürərək, digər şəxslərə qoşulub, özünü əziyyətə verib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN