Hamı iki nəfərdən danışır, onun adını çəkən isə yox…

26 Fevral 17:40 Zirə 713
Hamı iki nəfərdən danışır, onun adını çəkən isə yox…

24-ci tur turnir cədvəlində dəyişikliyə səbəb oldu.

Üçüncü dövrəyə bərbad başlayan «Araz-Naxçıvan» ikinci pillədəki mövqeyini «Zirə»yə təhvil vermək məcburiyyətində qaldı.

Yeni ilin ən çox xal toplayan komandası Rəşad Sadıqovundur. Premyer Liqada sıralama 2025-ci ildən hesablansaydı, birinci yerdə onlar olardılar.

«Zirə» yayda avrokuboklara vəsiqə qazanacaq. Bu ehtimal kifayət qədər yüksəkdir.

Özləri özlərinə mane olmasalar, sonadək liderlər qrupunda adlarını görəcəklər.

Moskva birdən-birə qurulmadığı kimi, Rəşad Sadıqov da «Zirə»ni 1-2 günün içində rəqabətədavamlı hala gətirməyib. 2020-ci ilin yayından bu yola çıxıb, zəhmət çəkib.

Bu gün məmləkət əhli «Zirə»nin uğurlu çıxışından danışır, biz isə Sadıqovun ötən illər ərzində qurduğu sistemli çalışmanın indiki nəticələrə birbaşa təsirini qeyd etməliyik.

Oyun vaxtı üç dəfə dəyişdirilən «Kəpəz»lə qarşılaşmanın əsəbi tonda keçəcəyi öncədən bəlli idi. «Zirə» ilk htssədə bu narahatlığı öz üzərində daha çox hiss etdi.

Qardan güc-bəla ilə təmizlənmiş qazonda bütün tapşırıqları yerinə yetirmək çətinlik yaradırdı. Bu, sadəcə, fasiləyədək belə davam etdi.

Mövqe hücumları «Zirə»ni istəyinə çatdırdı. Rafael Utziqlə Rüstəm Əhmədzadə adını tabloya yazdırdı, bəndəniz isə İsmayıl İbrahimlinin onlardan az iş görmədiyi qənaətindədir. «

Qarabağ»dan icarəyə götürülmüş yarımmüdafiəçi yaxşıca «qara iş» gördü, üstəlik, məhsuldar ötürmə də verdi.

«Zirə» müdafiədə də ayıq-sayıq oynadı. «Kəpəz»in qapıları önündə real qol epizodu yaratmasına şərait yaratmadılar.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti