"Neftçi"yə uduzandan sonra Rəşad Sadıqovun bizə dedi ki…”

21 Fevral 20:00 Zirə 556
"Neftçi"yə uduzandan sonra Rəşad Sadıqovun bizə dedi ki…”

"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 23-cü turunda "Sumqayıt"ı məğlub etdikləri (3:0) matç haqda Sportinfo.az-a müsahibə verib.

- Sumqayıt səfərindəki parlaq qələbəni necə şərh edərdin?

- Vacib oyun olduğunu bilirdik. Önəmli 3 xal qazandıq. "Neftçi"yə məğlubiyyətdən sonra bizə ancaq qələbə lazım idi. Sumqayıtdakı oyunlarımız hər zaman ağır keçir. Çox şadıq ki, sonda sevinən tərəf biz olduq.

- Kənardan asan qələbə qazandığınız görünürdü. Bəs meydanda vəziyyət necə idi?

- Kənardan rahat görünə bilər, amma elə deyil. Meydanda qələbə üçün əziyyət çəkməli olduq. Rəqib meydanda fərqli gedişlər edirdi. Düzgün oynamaq, diqqətli olmaq lazım idi. Biz də sona kimi diqqətli olduq.

- "Neftçi" ilə oyunda üzücü məğlubiyyət aldınız. Bunu üzərinizdən qısa müddətdə necə ata bildiniz?

- Baş məşqçimizin bizimlə söhbəti oldu. Futbolda belə şeylər olur. Bizim də son dəqiqə qolları ilə qələbəmiz olub. Düzdü, məyus olmuşduq. Bir xal da bizim üçün yaxşı sayıla bilərdi. Amma məğlub olduq. Bizə dərs oldu. Bəlkə də faydalı məğlubiyyət idi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"