
“Zirə" Filip Pahtmanla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Filip Pahtman 2022-ci ildə Ukraynadan - "Lıvov"dan transfer olunmuşdu. Braziliyalı forvard uzun müddətdir zədədən əziyyət çəkirdi.
“Qartallar”ın ondan qabaq Abbas İbrahimlə vidalaşmasını xatırladaq.