"Komanda uğurlu çıxış edir, buna alışmalıyam"

26 Fevral 23:40 Zirə 260
"Komanda uğurlu çıxış edir, buna alışmalıyam"

Ötən mövsüm "Zirə"nin gümüş medal qazanmasında Stefan Akanın da rolu az deyildi.

26 görüşdə meydanda olan mərkəz müdafiəçisi əsas heyət üzvü hesab olunurdu.

Amma bu mövsüm 34 yaşlı legioner daha çox ehtiyatda qalır.

Sportinfo.az-a açıqlamasında təcrübəli futbolçu yaranmış duruma belə aydınlıq gətirib:

"Bunda bir problem görmürəm. Əsas odur komanda uğurlu çıxış edir. Buna alışmalıyam.

Ehtiyatda olan hər kəs lazım olduğu anda komandaya kömək etməyə hazır olmalıdır. Mən də özümü hər zaman hazır hiss edirəm. Şans düşəndə bunu dəyərləndirməyə çalışıram.

Baş məşqçinin qərarı belədir. Normal qarşılayıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti