Gürcüstanlı hücumçu bu hadisəni “Zirə”də yaşadı

18 Fevral 03:30 Zirə 436
Gürcüstanlı hücumçu bu hadisəni “Zirə”də yaşadı

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.

O, bu görüşlərdə 34 qola imza atıb.

2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Davit Volkov Premyer Liqada 80 (28 qol), Azərbaycan Kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib.

O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də, “Sabah”la görüşdə (2:0) debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”