Tanrı Rəşad Sadıqova elə bir səbr verib ki…

17 Fevral 20:20 Zirə 386
Tanrı Rəşad Sadıqova elə bir səbr verib ki…

İstənilən işdə uğurun açarı səbrdir.

Tanrı bu mənada Rəşad Sadıqovu çox sevib.

Ona fil səbri verib.

Altı-yeddi ay öncə hamı bir ağızdan deyirdi ki, Salifu Sumanı yola salmaq lazımdır, intizamsızdır, başı «o söz»…

Sadıqov Sumanı yola salmadı, «Şerif»lə vacib oyunda etdiyi yersiz hərəkəti bağışladı, növbəti dəfə şans tanıdı.

Bu gün «Zirə» baş məşqçisinin uzaqgörən davranışının faydasını görür. Qvineya-bisaulu hücumçu Sumqayıtda dubla imza atdı, Premyer Liqadakı qollarının sayını 8-ə çatdırdı, 3:0-lıq gözəl qələbəyə öz töfhəsini verdi.

Yaşına və istedavdına görə Rəşad Sadıqovun «əfv siyahı»sına düşən afrikalı səhvini anlamış kimidir artıq.

İdeala yaxın oyun nümayiş etdirməyə başlayıb. Təsadüfi deyil ki, iki-üç həftədir bütün Azərbaycan ondan danışır.

Nəinki Azərbaycanda, Avropada, Asiyada da diqqətləri öz üzərinə çəkib. Kiyev «Dinamo»sundan ərəb klublarına qədər bir çox yerdən təklif alıb.

Sadıqov deyib ki, Suma ilə yanaşı, bir neçə aparıcı futbolçusuna dəvət gəlib. Nə üçün də olmasın?

«Zirə»nin balanslı oyun anlayışına sadiqliyi müsbət nəticələri bərabərində gətirdiyi kimi, futbolçuların fərdi performansında da sıçrayışa səbəb olub.

Giorgi Papunaşvili və Ayron Qomisi bu xüsusda fərqləndirməliyik. Gürcü və fransalı yarımmüdafiəçilər yeni olduqları komandada əla təsir bağışlayırlar.

Davit Volkovla Rafael Utziq hər bir baş məşqçinin sərəncamında görməyi arzuladığı hücumçu tipidir. Onlar günündə olanda, «Zirə»ni yalnız «Zirə»nin özü məğlub edə bilər.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”