Rəşad Sadıqov: “Sanki “Neftçi” ilə oyun bizi böyütdü”

15 Fevral 22:30 Zirə 471
Rəşad Sadıqov: “Sanki “Neftçi” ilə oyun bizi böyütdü”

“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”ın qonağı olub.

Sportinfo.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun matçdan sonra mətbuat konfransı keçirilib. Sadıqov oyuna çox ciddi hazırlaşdıqlarını bildirib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Nəzərə alsaq ki, qış fasiləsindən sonra “Sumqayıt” son beş oyunun ikisində məğlub olmamışdı. Bilirdik ki, bizə qarşı çox ciddi hazırlaşacaqlar. Birinci hissə gərgin mübarizə şəraitində keçdi. İki qol vurduq. İlk hissədə “Sumqayıt” bizə çətinliklər yaşatdı. İkinci hissə isə daha rahat keçdi. Qələbə qazandıq. Futbolçularımı təbrik edirəm.

Bütün oyunlara ciddi hazırlaşırıq. Amma “Sumqayıt”a qarşı xüsusi ilə hazırlaşırıq. Bilirəm ki, yaxşı komanda formalşdırıblar, yaxşı kollektivləri var.

Tək Salifu Suma deyil, digər oyunçularımıza da təkliflər olur. Amma biz bu gün çempionata köklənmişik.

“Neftçi” ilə oyunun ədalətli nəticəsi heç-heçə idi. 88-ci dəqiqədə qol buraxdıq. Bundan sonra irəli atıldıq və möhtəşəm qol vurduq. Həmin andan etibarən oyunun bitdiyini düşündük. Hamı elə fikirləşdi ki, oyun bitib. Buna görə də zəncirvari səhvlər buraxdıq. Həmin oyundan bir növ dərs çıxardıq. Sanki həmin oyun bizi böyütdü”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”