![Rəşad Sadıqovun başı dərddə - “Mən nə edim?”](https://www.sportinfo.az/media/2025/02/13/67a4c1413422414.jpg)
22-ci turda “Neftçi”yə məğlub olan “Zirə”nin növbəti rəqibi “Sumqayıt”dır.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qonaq olacaq “qartallar” oyuna ciddi itkilərlə çıxacaq.
“Neftçi”ylə qarşılaşmanı zədə səbəbindən kənardan izləyən cinah yarımmüdafiəçiləri Junior Martinslə Yusuf Laval bu dəfə də oynaya bilməyəcəklər.
“Ağ-qaralar”la dueldə əsas heyətdə yer alaraq 12-ci dəqiqədə Məqsəd İsayevlə əvəzlənən Ceyhun Nuriyevin durumu da ürəkaçan deyil.
Bir müddət yaşıl meydanlardan uzaq qalacaq yarımmüdafiəçi 23-cü turda şans qazanmayacaq.
Və ən ciddi itki təbii ki, baş məşqçi Rəşad Sadıqovun sevimli futbolçusu Ruan Renatonun adıyla bağlıdır. Sarı vərəqə limitini dolduran braziliyalı müdafiəçi cəzalı duruma düşüb.
Fevralın 15-də keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ