![Azərbaycan klubu braziliyalı müdafiəçiyə təklif etdi - İkillik müqaviləyə qol çək!](https://www.sportinfo.az/media/2025/02/12/67aa350be4ab743.jpg)
«Zirə» Ruan Renato ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
«Qartallar» braziliyalı müdafiəçini yeni təkliflə tanış edib.
30 yaşlı «sambaçı» razılaşsa, onunla müqavilənin müddəti 2 il uzadılacaq. Üstəlik, qazancı da artacaq.
Cənubi amerikalı legioner 2023-cü ilin yayından bəri «Zirə»nin formasını geyinir. «Qəbələ»dən bura gəlmiş Renato ötən mövsüm 180 min dollar irəli düşüb.
Cari «futbol ili»ndə isə bu rəqəm daha 20 min dollar artıb.
SPORTİNFO.AZ