![“Qarabağ” üzərində qələbə sevinci - ÇILĞIN VİDEO GÖRÜNTÜLƏR](https://www.sportinfo.az/media/2025/02/08/maxresdefault.jpg)
Premyer Liqada 21-ci turun ən gözlənilməz nəticəsi Zirədə qeydə aldı.
Qəsəbənin eyniadlı komandası «Qarabağ»la matçda möhtəşəm geridönüşə imza atdı.
Fasiləyədək qapısında cavabsız qol görən «qartallar» ikinci hissədə fırtına qopardı. Salifu Sumanın dublu və Davit Volkov sayəsində 3 xal qazandılar.
Bu, 2015-ci ildən elitada yarışan «Zirə»nin «köhlən atlar» üzərində sayca ikinci qələbəsi idi.
Maraqlıdır ki, 10 illik keçmişdə həm o, həm bu qalibiyyət Rəşad Sadıqovun dövründə qeydə alınıb.
Qarşılaşmadan sonra «Zirə»nin paltardəyişmə otağında vur-çatlasın qopub. Zəfərin sevincini yaşayan futbolçuların görüntüləri artıq əlimizdədir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN